ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra mövcud vəziyyəti müzakirə etmək üçün iki günlük səfərlə Ankaradadır.
“SeherXeber.org ” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.
Səfər Ankaranın PKK/YPG-yə qarşı ritorikasını gücləndirdiyi bir vaxta təsadüf edir.
Nəşr Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirir ki, Ankara terrorçulara qarşı mübarizə məqsədilə hərbi əməliyyatlara hazırdır.