AZ

Yüksək Liqa: “Abşeron” və “Azərreyl”dən asan qələbə

Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 5-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən ilk turun bütün görüşləri eyni gündə baş tutacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Murov” və “Abşeron” komandaları qarşılaşıblar. 3 set davam edən matçda “Abşeron” 3:0 hesabı ilə qalib gəlib.

Eyni məkanda baş tutan ikinci oyunda “Azərreyl” və “Gəncə” komandaları üz-üzə gəliblər. Meydan sahibindən üstün olan qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.

UNEC Voleybol klubunun idman zalında təşkil olunan 5-ci turun digər görüşündə isə “Milli Aviasiya Akademiyası” autsayder UNEC-lə qarşılaşıb. “Təyyarəçilər” zəif rəqib üzərində 3:0 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında 6-cı turun oyunları yanvarın 15-də keçiriləcək.

Yüksək Liqa
5-ci tur
9 yanvar

“Murov” – “Abşeron” 0:3 (13:25, 15:25, 21:25)
Bakı. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

UNEC – “Milli Aviasiya Akademiyası” 0:3 (10:25, 5:25, 7:25)
UNEC Voleybol Klubunun idman zalı.

“Azərreyl” – “Gəncə” 0:3 (22:25, 22:25, 17:25)
Bakı. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Abşeron – 14. Gəncə – 10. Milli Aviasiya Akademiyası – 9. Azərreyl – 8. Murov – 4. UNEC – 0.

Seçilən
30
42
arena.az

10Mənbələr