Almaniyada Azad Demokrat Partiyasının sədri Kristian Lindner Meklenburq-Ön Pomeraniya əyalətinin Qrayfsvald şəhərində seçki kampaniyası zamanı hücuma məruz qalıb.
Turkustan.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, keçmiş maliyyə naziri və FDP sədri Lindner çıxış edərkən gənc qadın siyasətçinin üzünə təraş kremi püskürdülmüş tort maketi atıb.
Hücuma soyuqqanlı cavab verən Lindner "Mən kremli torta üstünlük verərdim" deyərək, çıxışına davam edib.
Bildirək ki, Almaniyada növbədənkənar ümumi seçkilər 23 fevral 2025-ci ildə keçiriləcək.
Aytən Yaşar/ Turkustan.az