AZ

Zurabişvili Trampın andiçmə mərasimi üçün ABŞ-yə səfər edəcək


Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Vilsonun dəvəti ilə Donald Trampın andiçmə mərasimi üçün ABŞ-yə gedəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zurabişvili Tbilisidə yeni ofisində keçirdiyi brifinqdə bildirib.
“Bilirsiniz və mən bu gün təsdiq edirəm ki, mən prezident Trampın inauqurasiyasına gedirəm. Co Vilsonun dəvəti ilə Vaşinqtona gedirəm. Bilirsiniz ki, bu inauqurasiyaya dəvətin müxtəlif variantları var. bunun üçün, yeri gəlmişkən, heç kim pul ödəmir. Əgər belə olsaydı, inauqurasiyaya dəvət üçün bu məbləğləri ödəməyə məndən çox adamın imkanı var“, - keçmiş prezident bildirib.
Zurabişvilinin sözlərinə görə, onun Vaşinqtonda yüksək səviyyəli görüşləri olacaq.
Qeyd edək ki, dekabrın sonlarında Vilson “X”də yazıb ki, o, Gürcüstanın yeganə qanuni lideri kimi Zurabişvilini Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə dəvət edir.
Seçilən
14
yeniavaz.com

1Mənbələr