AZ

Bütün cəbhə boyu vəziyyət çətindir – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bütün döyüş təmas xətti boyunca vəziyyəti Ukrayna ordusu üçün “çətin” adlandırıb.

Departament qeyd edib ki, Rusiya ordusu “insan qüvvəsindəki üstünlüyündən istifadə edərək mövqelərimizə amansız hücumlar edir”.

Dekabrın sonunda Baş Qərargah bəyan edib ki, Rusiya ordusu texniki təchizat və şəxsi heyətin sayına görə Ukrayna Silahlı Qüvvələri üzərində üstünlüyünü qoruyub saxlayır. Həmin ay Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski cəbhə xəttindəki vəziyyəti son dərəcə “ağır” adlandırmşdı.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov dekabrın ortalarında bildirmişdi ki, Rusiya ordusu bir il ərzində 190 məskunlaşan əraziyə nəzarəti ələ keçirib. Onun sözlərinə görə, rus qoşunları bütün cəbhə xətti boyunca hücum əməliyyatı keçirir. Yanvarın 6-da Rusiya Müdafiə Nazirliyi Donbasın cənub-qərb hissəsindəki ən böyük yaşayış məntəqəsinin – Kuraxovo şəhərinin tutulması barədə məlumat yayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr