PSJ və "Real Madrid"in sabiq qapıçısı Keylor Navas Çili liqasına keçə bilər.
90deqiqe.Az "Foot Mercato"ya istinadən xəbər verir ki, 38 yaşlı qolkiper karyerasını Çilinin “Kolo-Kolo” klubunda davam etdirə bilər.
Tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəlməyiblər.Hazırda danışıqlar davam edir.
Qeyd edək ki, kosta-rikalının son klubu Fransa PSJ-si olub.
Ötən mövsüm qapıçı parislilərin heyətində Liqa 1-də dörd oyun keçirib. Keylor Navas Paris klubundan başqa, "Nottingem Forest", "Real Madrid", "Levante", "Albacete" və "Deportivo Saprissa"da çıxış etməyi bacarıb.