AZ

Los-Ancelesdə meşə yanğınları nəticəsində 180 minə yaxın insan evakuasiya olunur

Bakı. Trend:

Los-Anceles qraflığında davam edən meşə yanğınları 180 mininsanın yaşadığı əraziləri əhatə edir və təxliyə əmrlərigenişlənməkdədir.

Trend xəbər verirki, dairə şerifi Robert Luna mətbuat konfransında vəziyyətin kritikolduğunu bildirib.

“Hazırda Los-Anceles dairəsində təxliyə əmri ilə 180 minə yaxıninsan var, daha 200 min insan təxliyə xəbərdarlığı altındadır.Yerli sakinləri dərhal təxliyə əmrlərinə əməl etməyə çağırıram,” -deyə o qeyd edib.

Eyni zamanda, şerif hüquq-mühafizə orqanlarının yanğınlardanfaydalanaraq qarətə cəhd edən şəxslərə qarşı tədbirlər gördüyünüvurğulayıb.

“İndiyədək 20 qarətçi saxlanılıb, lakin təəssüf ki, bu rəqəminartacağı gözlənilir. Belə davranışa qətiyyən dözməyəcəyik,” - deyəLuna bildirib.

Meteoroloqlar xəbərdarlıq edir ki, güclü külək və aşağı rütubətkimi əlverişsiz hava şəraiti cümə gününə qədər davam edəcək.Yanğınlarla mübarizə üçün qonşu əyalətlərdən – Vaşinqton, Oreqon vəNevadadan təcili yardım xidmətləri bölgəyə göndərilib.

Seçilən
35
27
az.trend.az

10Mənbələr