AZ

Beynəlxalq Olimpiya Komitəsinə yeni prezident seçkiləri mart ayında keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti martın20-də keçiriləcək seçkilərdə müəyyən ediləcək.

Trend xəbər verirki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

BOK-un hazırkı prezidenti Tomas Bax avqust ayında OlimpiyaXartiyasına dəyişiklik edərək rəhbərliyini uzatmaq təklifindənimtina etmişdi. Bununla da yeni prezident seçkiləri üçün yolaçılmış oldu.

Prezidentlik uğrunda yeddi namizəd mübarizə aparacaq:

Sebastian Koe – Dünya Atletika Federasiyasının prezidenti
Morinari Vatanabe – Beynəlxalq Gimnastika Federasiyasınınprezidenti (Yaponiya)
David Lapartian – Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti(Fransa)
Yohan Eliaş – Beynəlxalq Xizək və Snoubord Federasiyasınınprezidenti (İsveç)
Kiçik Juan Antonio Samaranç – BOK-un vitse-prezidenti(İspaniya)
Feysal Əl-Hüseyn – BOK İcraiyyə Şurasının üzvü (İordaniya)
Kirsti Koventri – Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu(Zimbabve)

Seçilən
26
az.trend.az

1Mənbələr