“Çelsi” və “Brayton”un keçmiş baş məşqçisi Qrem Potter “Vest Hem” klubunun yeni baş məşqçisi olub.
90deqiqe.Az-ın "çəkiclilər"in mətbuat xidmətinə istinadən məlumatına görə, 49 yaşlı ingilis mütəxəssis London klubu ilə 2 il yarımlıq müqavilə imzalayıb.
Potter İngiltərə Kubokunun üçüncü mərhələsində "Vest Hem"in sükanı arxasında ilk matçına çıxacaq. "Çəkicçilər" Birmingemdə "Aston Villa" ilə qarşılaşacaq. Qeyd edək ki, ispaniyalı baş məşqçi Xulen Lopeteqi daha əvvəl “Vest Hem”də çalışıb.
Xatırladaq ki, hazırda “Vest Hem” İngiltərə çempionatının turnir cədvəlində cəmi 14-cü yerdədir. 20 turda London komandası 23 xal toplayıb.