AZ

Aktauda Azərbaycan ərazisindən yük axınını artıracaq yeni konteyner qovşağı tikiləcək

Bakı. Trend:

Qazaxıstan dəmir yolu nəqliyyatı və liman infrastrukturundagenişmiqyaslı modernləşdirmə işləri həyata keçirir.

Trend QazaxıstanınNəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, layihə ölkəninlimanlarının ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqməqsədi daşıyır.

Məlumata görə, konteyner qovşağının inkişafı Qazaxıstanınbeynəlxalq logistika sahəsində mövqelərini gücləndirəcək vəTrans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Azərbaycan, Gürcüstanvə Türkiyə üzərindən keçən konteyner daşımalarının həcminiartırmağa imkan verəcək. Bu yenilik, eyni zamanda, Çindən gələntranzit yüklərinin bir hissəsinin Avropaya yönləndirilməsini təminedəcək.

Bundan əlavə, limanlarda dərinləşdirmə işləri aparılmasıplanlaşdırılır ki, bu da onların terminal gücünü artıracaq vəkonteyner daşımalarını daha effektiv edəcək.

Layihənin reallaşdırılması Qazaxıstanın qlobal logistikaşəbəkəsindəki strateji əhəmiyyətini daha da artıracaq.

Seçilən
17
az.trend.az

1Mənbələr