AZ

Gənclər və İdman Nazirliyi 2024-cü ilin yekunlarını qeyd etdi

Bakı. Trend:

Bu gün "Buta Palace"da Gənclər və İdman Nazirliyinin (GİN)təşkilatçılığı ilə 2024-cü ilin idman sahəsindəki nailiyyətlərinəhəsr olunan tədbir keçirilib.

Trend xəbər verirki, mərasim Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığıuğrunda şəhid olan qəhrəmanlarımızın və Bakı-Groznı aviareysizamanı dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yadedilib.

Gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edərək,hamını yeni il münasibətilə təbrik edib. O, 2025-ci ildə Azərbaycanidmanının daha böyük uğurlar əldə etməsi, zədələrin azalması vəidman komandaları arasında həmrəylik arzulayıb. Nazir, həmçinin,Prezident İlham Əliyevin hər il idmançılarla görüşərək dəyərlimesajlar verdiyini vurğulayıb.

Tədbirin davamında müxtəlif kateqoriyalar üzrə ilin ən yaxşılarımükafatlandırılıb.

İlin ən yaxşıları:

Ədalətli oyun (Fair Play) mükafatı:

Qaşım Maqomedov (taekvondo)
Leyla Abidinova (atletika)
Nərmin Şərifova (badminton)
Ən yaxşı uşaq-gənclər idman məktəbi:

"Ulduz" Futbol Akademiyası
ROEQİUG Velosiped Məktəbi
Masallı UGİM
Ən yaxşı idman tədbiri:

Formula 1 Azərbaycan Qran-prisi (Bakı)
Beynəlxalq Avarçəkmə Reqatası (Füzuli və Mingəçevir)
Cüdo üzrə "Böyük Dəbilqə" turniri (Bakı)
Ən yaxşı idman jurnalisti:

Elmir Əliyev (Haqqın.Az)
Kənan Hakimov (İTV)
Nazilə Əhmədova (Real TV)
Ən yaxşı idman klubu:

"Ocaqspor" İdman Klubu
"Neftçi" İdman Klubu
"Volan" Badminton Klubu
Ən yaxşı kişi idmançısı:

Hidayət Heydərov (cüdo)
Zelim Kotsoyev (cüdo)
Qaşım Maqomedov (taekvondo)
Ən yaxşı qadın idmançısı:

Yaylagül Ramazanova (kamandan oxatma)
Anna Skidan (atletika)
Mariya Stadnik (güləş)

Seçilən
15
az.trend.az

1Mənbələr