Braziliyada "Cessna 525" təyyarəsi Ubatubadakı Qastao Madeyra hava limanında uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
"Operativ Media" xəbər verir ki, şəhər çimərliyində qəzaya düşən layner partlayıb.
İlkin məlumata görə, pilot ölüb, uşaqlar da daxil olmaqla 7 nəfər yaralanıb.
Qəzaya yağışlı hava və nəm eniş zolağının səbəb olduğu bildirilir.