AZ

"Bavariya" Müllerlə bağlı qərarını verib

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Münhen komandasında oynamağa davam edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O Münhen komandasının əfsanəsini komandada saxlamaq niyyətində olduğunu və ona 2026-cı ilin yayına qədər yeni, lakin maaşı bir qədər azaldılmış əmək müqaviləsi təklif edəcəyini qeyd edib.

35 yaşlı Müller Almaniya çempionatında bu mövsüm 15 matçda çıxış edib, bir qol  vurub və bir məhsuldar ötürmə edib.

Seçilən
25
90deqiqe.az

1Mənbələr