Bakı. Trend:
Məşhur milyarder İlon Mask Almaniyanın enerji siyasətindədəyişiklik edərək nüvə enerjisinə qayıtmalı olduğunu hesabedir.
Trend xəbər verirki, Mask bu fikri Almaniya üçün Alternativ (AfD) partiyasınınlideri və kanslerliyə namizəd Alis Vaydellə X-də keçirilən onlaynmüzakirə zamanı səsləndirib.
“Düşünürəm ki, Almaniyanın nüvə enerjisinin payını əhəmiyyətlidərəcədə artırması düzgün addım olardı. Bu, gözəl olardı,” - deyəMask vurğulayıb.
O, həmçinin Rusiyadan qaz nəqli kəsildikdən sonra Almaniyanınelektrik stansiyalarını bağlama qərarını “çılğınlıq” adlandırıb:“Bu, indiyə qədər gördüyüm ən inanılmaz qərarlardan biridir.”