''Fənərbaxça''nın qol silahı və əsas ulduzu Edin Ceko ilə bağlı xəbər var.
''Football-plus.az'' xəbər verir ki, qeyri-adi bir şey baş verməsə, təcrübəli forvard mövsümün sonunda Türkiyəni tərk edəcək. Çünki bosniyalı forvardın məhsuldarlığına baxmayaraq İstanbul nəhəngi yaşını nəzərə alaraq ona yeni müqavilə təklif etməyəcək. Onun martda artıq 39 yaşı olacaq.
Cekonun ''Fənər''lə müqaviləsinin müddəti bu yay başa çatacaq. Yəni onun indidən istədiyi klubla danışıqlar aparmaq hüququ var. Məşhur futbolçu hələ karyerasını bitirməyə hazırlaşmır. Bu arada Cekoya ən ciddi maraq göstərən klub bəlli olub. Bu, Xorvatiya təmsilçisi ''Hayduk''du. Bu komanda çox uğurlu mövsüm keçirir və hazırda ''Riyeka'' ilə birlikdə Xorvatiya çempionatında 1-2-ci pillələri bölüşdürür.
Şayiələrə inansaq Split təmsilçisi Cekoya illik 2 milyon avro maaş və ''1+1'' illik müqavilə təklif edəcək. Cennaro Qattuzonun çalışdırdığı ''Hayduk'' cari mövsümün əvvəlində də Cekoya rəsmi təklif irəli sürmüşdü. Amma həmin vaxt Joze Mourinyo Cekonun komandada qalmasını istəmişdi.
Bu futbolçu bu mövsüm 27 rəsmi oyunda 14 qol vurub.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta