Bakı. Trend:
İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası qeydəalınıb.
Trend xəbər verirki, "Everton" klubu Şon Dayç və onun köməkçiləri ilə qarşılıqlırazılıq əsasında müqaviləyə xitam verib. Bu barədə klubun mətbuatxidməti məlumat yayıb.
Xatırladaq ki, Şon Dayç 2023-cü ilin yanvar ayında "Everton"unbaş məşqçisi vəzifəsinə təyin edilmişdi. Komanda bu mövsüm onunrəhbərliyi ilə keçirdiyi 21 rəsmi matçdan yalnız 4-də qələbəqazanıb, 8 görüş heç-heçə ilə yekunlaşıb, 9 qarşılaşmada isə məğlubolub.