Nə baş verir?
Zaurla Balaəli arasında GƏRGİNLİK - Aparıcı PƏRT OLDU: "Sənin fısını alacam" + VİDEO
Dərs və iş saatları ilə bağlı mühüm xəbər – DƏYİŞDİRİLİR?
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bakıda məktəbdə BİABIRÇILIQ - Valideynlər uşaqların gözlü qarşısında... - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı
"ASAN xidmət"in xanım əməkdaşı qəfil vəfat etdi
Əliyevin sonuncu sərt bəyanatlarından sonra... - Medvedyev
Üzücü xəbər: Aparıcı Aytənin qardaşı faciəvi şəkildə dünyasını
Xumar Qədimovanın sevdiyi kişi dünyasını dəyişdi
Müğənni, bəstəkar, Azərbaycanın əməkdar artisti Xumar Qədimovanın Kult.az-a müsahibəsi:
- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, "Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam". Çılğınlıq deyəndə tam olaraq nə nəzərdə tutursunuz?
- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə, yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.
- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?
- Aldandığım əvvəllər olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.
- "Mənim hər addımım puldur" deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?
- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.
- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?
- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.
- Məsələn, kimlər?
- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?
- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.
- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?
- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.
- "Bir də gəlməyəcək mənimtək bir qadın". Yəni necə bir qadın?
- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də...
Şou biznes