Bakı. Trend:
Braziliyanın Ubatuba şəhərindəki Qastan-Madeyra hava limanındaCessna Aircraft biznes-jeti uçuş-enmə zolağından çıxaraq çimərlikdəpartlayıb.
Trend xəbər verirki, qəza nəticəsində çimərlikdə istirahət edənlər də daxil olmaqla7 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Təyyarənin pilotunu xilasetmək mümkün olmayıb. Hadisə şahidləri əksəriyyəti uşaq olansərnişinləri xilas edə bilib.
İlkin araşdırmalara əsasən, qəzanın baş verməsinə səbəb pis havaşəraiti və uçuş-enmə zolağının yağışdan islanması olub.