AZ

Avropa Rusiya hava məkanından istifadə etməməyə çağırdı

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya hava məkanından istifadə ilə bağlı tövsiyələrini sərtləşdirib.

TASS-a istinadən xəbər verilir ki, yayılmış xəbərdarlıqda Rusiya hava məkanında “60-cı meridian şərq uzunluğunun qərbində” “bütün səviyyələrdə” uçuşlardan çəkinmək tövsiyə edilir.

Tənzimləyici xatırladıb ki, Aİ-dən olan aviaşirkətlər Rusiya Federasiyasına uçuşlar həyata keçirmir, lakin tövsiyə agentlik tərəfindən sertifikatlaşdırılmış üçüncü ölkələrin xarici daşıyıcılarına şamil edilir.

Onun etibarlılıq müddəti 31 iyul 2025-ci il tarixinədəkdir. Vəziyyətin qiymətləndirilməsinin dəyişməsindən asılı olaraq tövsiyəyə yenidən baxıla və geri götürülə bilər.


Mənbə: unikal.az

Seçilən
27
unikal.az

1Mənbələr