Bakı. Trend:
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya havaməkanından istifadə ilə bağlı xəbərdarlığını daha dasərtləşdirib.
Trend xəbər verirki, agentliyin dərc etdiyi press-relizdə “şərq uzunluğunun 60-cımeridianının qərbində” yerləşən bütün Rusiya hava məkanındauçuşlardan çəkinmək tövsiyə edilir. Bu ərazilər Moskva,Sankt-Peterburq, Kazan, Soçi, Həştərxan və Şimali Qafqazbölgələrini əhatə edir.
Xəritədə göstərilən təhlükəli zona Yekaterinburq və Tümenə yaxınərazilərə qədər uzanır.
Bir gün əvvəl Azərbaycan Hava Yolları (AZAL) Kazanaplanlaşdırılan uçuşlarını təhlükəsizlik səbəbindən təxirə salmışdı.Avropa aviasiya orqanları bu qərarı dəstəkləyərək Rusiya havaməkanında uçuşların ciddi təhlükə yaratdığını vurğulayıb.