AZ

Norveç qaz hasilatını 2024-cü ildə rekord həddə çatdıracaq

Bakı. Trend:

Norveç Dəniz Müdirliyinin (NOD) illik icmalına əsasən, Norveç2024-cü ildə təbii qaz hasilatını 124 milyard kubmetrə çatdıraraqyeni rekorda imza atacaq.

Trend xəbər verirki, əvvəlki rekord 122,8 milyard kubmetrlə 2022-ci ildə qeydəalınmışdı.

Ümumilikdə, 2023-cü ildə Norveçdə karbohidrogen hasilatı 240milyon kubmetr neft ekvivalentinə çatıb ki, bu da 2009-cu ildənbəri ən yüksək göstərici hesab olunur.

Hesabatda qeyd olunur ki, hasilatın həcmi növbəti iki-üç ilərzində sabit və yüksək səviyyədə qalacaq, lakin 2020-ci illərinsonlarına doğru tədricən azalma proqnozlaşdırılır.

Dekabrın sonunda Norveç şelfində 94 yataq istismar edilirdi, ocümlədən Şimal dənizindəki Hanz və Tyrvinq yataqları. Barentsdənizində yerləşən Yohan Castberq yatağında hasilatın 2025-ci ilinbirinci rübündə başlanacağı gözlənilir.

Norveçin dəniz layihələrinə investisiyaların 2025-ci ildə 267milyard Norveç kronuna (23,4 milyard dollar) çatacağı və bunun ötənillə müqayisədə 2,5% artım təşkil edəcəyi gözlənilir.

Seçilən
13
1
az.trend.az

2Mənbələr