Bakı. Trend:
Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən meşəyanğınları nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib.
Trend xəbər verirki, bu barədə cümə axşamı CNN məlumat yayıb.
Əvvəlcə 5 nəfərin həlak olduğu bildirilmişdi, lakin Malibudadaha bir şəxsin ölümü qeydə alınıb. Hələlik həmin şəxsin kimliyimüəyyən edilməyib.
Son məlumatlara əsasən, hazırda Los-Anceles dairəsində ümumisahəsi 11 mindən çox hektarı əhatə edən ən azı beş yanğın davamedir. Alovlar indiyədək 5000-dən çox binanı məhv edib.
Yanğınla mübarizə tədbirləri davam edir, lakin əlverişsiz havaşəraiti vəziyyəti daha da çətinləşdirir.