AZ

AYİB-in investisiyaları 2024-cü ildə rekord qırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə öz investisiyalarının əvvəlki illə müqayisədə 26 faiz artaraq 16,6 milyard avroya (17,1 milyard dollar) çatdığını açıqlayıb. Bankın 2024-cü ildə bütün mənbələrdən təmin etdiyi investisiyaların ümumi məbləği – 26,7 milyard avro təşkil edib.

Bildirilib ki, bu artım Ukraynada layihələrin və "yaşıl" maliyyələşdirmənin artması hesabına baş verib.

"Yaşıl" iqtisadiyyatın maliyyələşdirilməsi 2024-cü ildə Bankın ümumi investisiya həcminin 58 faizini təşkil edərək, rekord həddə - 9,7 milyard avrodan çox olub. 

Bankın portfeli 60 milyard avroluq mərhələni keçərək 61,9 milyard avroya çatıb.

2024-cü il rəqəmləri ilə Bank, pandemiyadan əvvəlki sərmayəni 60 faiz üstələyib. AYİB investisiyaları 2019-cu ildə tarixində ilk dəfə olaraq 10 milyard avronu keçmişdi.

AYİB prezidenti Odile Renaud-Basso bildirib ki, Türkiyə ötən il AYİB-in ən çox sərmayə yatırdığı ölkə olmağa davam edir, onu ardınca Ukrayna, Misir, Polşa və Özbəkistan gəlir.

AYİB ötən il maliyyələşdirdiyi 584 layihənin 75 faizindən çoxunun özəl sektora aid olduğunu açıqlayıb. 

"Digər mühüm komponent yaşıl investisiyalardır. Biz Özbəkistan və Misir kimi ölkələrdə bərpa olunan enerji resurslarını inkişaf etdirmək və bu sektora investorları cəlb etmək üçün müxtəlif layihələr üzərində intensiv işləmişik",- Odile Renaud-Basso deyib.

Seçilən
13
marja.az

1Mənbələr