AZ

Əfqanıstan Rusiya ilə qaz tranziti sazişi imzalamaq niyyətindədir

Kabil Əfqanıstan ərazisindən 50 milyon kubmetr maye qazın tranziti ilə bağlı Rusiya ilə müqavilə bağlamağı planlaşdırır...

Poliqon xəbər verir ki, bunu RİA Novosti-yə Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Xabibullin deyib.

“Qarşıdan gələn Kazan Forum 2025-də Əfqanıstan 50 milyon kubmetr Rusiya qazının öz ərazisi ilə Cənub-Şərqi Asiyaya tranzitinə dair müqavilə imzalamaq niyyətindədir”, o qeyd edib və əlavə edib ki, nəql üçün qaz daşıyıcılarından istifadə edilməsi planlaşdırılır.

Xabibullin onu da bildirib ki, artıq sınaq daşımaları həyata keçirilib.

Bundan əlavə, o qeyd edib ki, 2023-cü ildə 50 milyon ton Rusiya neft məhsulunun illik tranziti, 2024-cü ildə isə 2 milyon ton Rusiya buğdası və ununun tranziti üçün müqavilə imzalanıb.

Eyni zamanda Əfqanıstan ABŞ və digər Qərb ölkələrindən təzyiqləri azaltmaq üçün Rusiyadan kömək gözlədiyini bildirib. Onlar Əfqanıstanın etibarlı iqtisadi tərəfdaş olduğunu qeyd ediblər.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr