AZ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu bu klubla anlaşdı

Azərbaycanın U-21 milli komandasının sabiq üzvü Elşən Abdullayevin yeni klubu müəyyənləşib.

Publika.az xəbər verir ki, “Neftçi”nin yetirməsi olan yarımmüdafiəçi karyerasını Birinci Liqada çıxış edən “Baku Sportinq”də davam etdirəcək. 30 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elşən Abdullayev karyerası ərzində “Neftçi”dən savayı “Qarabağ”, “Zirə”, “Sumqayıt”, “Sabah”, “Səbail”, “İrəvan”, “İmişli” və MOİK kimi klublarda çıxış edib.

Seçilən
15
publika.az

1Mənbələr