AZ

Messinin klubu Neymarın mümkün transferi ilə bağlı açıqlama verib

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Neymarın "Əl-Hilal"la 2025-ci ilin iyun ayına qədər olan müqaviləsi başa çatdıqdan sonra komandasına mümkün transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib .

"Operativ Media" xəbər verir ki, bu haqda "Goal" nəşri məlumat yayıb.

"Neymar haqqında danışa bilmərik, çünki əlimizdə heç nə yoxdur. Təbii ki, o, əla oyunçudur. Dünyanın istənilən məşqçisi onu öz komandasında istəyər, amma siz MLS-in maaş həddi ilə bağlı qaydalarını bilirsiniz. Hazırda bizim bunu etmək (Neymarla müqavilə bağlamaq) imkanımız yoxdur" deyə Maskerano bildirib.

Mətbuatda yayılan məlumatlara görə, Neymar özü də Səudiyyə Ərəbistanından olan klub tərəfdaşlarına karyerasını Amerika Liqasında davam etdirmək niyyəti ilə bağlı artıq eyham vurub ki, bu da onun Mayamiyə mümkün transferinə marağı artırır.

Seçilən
18
operativmedia.az

1Mənbələr