Ermənistanın baş naziri Paşinyanın Mülki Müqavilə Partiyasının təşəbbüs qrupunun iclası dava ilə yekunlaşıb.
Publika.az xəbər verir ki, bu barədə “Armlur.am” məlumat yayıb.
Hökumət məmurları sıralarında növbəti döyüş zamanı aparıcı rollarda “Mülki müqavilə” fraksiyasından olan deputat Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan olub.
Səbəb isə Hayk Sarkisyanın partiyanın son iclaslarında bəyan etdiyi Tavuşdakı biabırçı ekoloji vəziyyət, ağacların qanunsuz kəsilməsi olub.
İclasda o, yenidən bu mövzuda kəskin açıqlama verib və qubernator Hayk Qalumyanı ittiham edib, nəticədə mübahisə qarşılıqlı təhqir və əlbəyaxa dava ilə yekunlaşıb.