AZ

Rusiyada vətəndaşların kredit borcları 5 trilyona yaxınlaşdı

Rusiyada kredit kartları üzrə vaxtı keçmiş borclar 2024-cü ilin noyabrında 2% artaraq 491 milyard rubl təşkil edib. 

Bu barədə Rusiya mediası Qiymətləndirmə Bürosunun məlumatına istinadən xəbər yayıb.

Qeyd edilib ki, bu məbləğ son illərdə maksimum dəyərə çevrilib.  Məlumata görə, 90 gündən çox vaxtı keçmiş kredit kartlarının sayı artıq 7,65 milyona çatıb.  Eyni zamanda, bir ay əvvəl onların sayı 7,5 milyon nəfər olub: "2024-cü ilin noyabrına olan məlumata görə, rusların əllərində 96 milyon kart olub və onların borcları 4,4 trilyon rubl təşkil edir".

Bəzi saytlar iddia edirlər ki, kredit borclarının surətlə artması müharibənin yaratdığı iqtisadi çətinliklərə bağlıdır.

Tural

Seçilən
2
news365.az

1Mənbələr