AZ

Avropa Rusiya səmasından uçuşlara dair qaydaları sərtləşdirib

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa aviaşirkətlərinin Rusiya ərazisi üzərindən uçuşları üçün qaydaları sərtləşdirib. 

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Müəyyən təsirlərə məruz qalan(?) Rusiya hava məkanında 60-cı meridian şərq uzunluğunun qərbində bütün uçuş səviyyələrində olan uçuşlardan çəkinmək tövsiyə olunur”, - məlumatda deyilir.

Beləliklə, Rusiyanın demək olar ki, bütün Avropa hissəsi Avropa təyyarələri üçün əlçatmaz olacaq.

 Bununla belə, daşıyıcıların aldıqları xüsusi təhlükəsizlik icazəsi 2025-ci il iyulun 31-dək qüvvədə olacaq.  İnkişaf edən hazırki proseslərə və vəziyyətə əsasən əlavə qərarlar veriləcək.

Tural

Seçilən
15
news365.az

1Mənbələr