AZ

Kometanın kosmosdan çəkilən FOTOSU

TASS-ın xüsusi müxbiri və Roskosmosun kosmonavtı İvan Vaqner Beynəlxalq Kosmik Stansiyadan (BKS) çəkilmiş C/2024 G3 (ATLAS) kometasının fotosunu paylaşıb.

Herbiand.az TASS-a istinadən xəbər verir ki, Vaqner bildirib:

"2025-ci ilin yanvar ayı parlaq kosmos hadisələri ilə zəngindir. Bir həftə əvvəl mən Ay və Saturnun yaxınlaşmasını fotosunu çəkdim və bu gün üfüqdə C/2024 G3 kometası peyda oldu. Kometa Cənubi yarımkürədə səhər tezdən görünür. Ən yüksək parlaqlıq yanvarın 13-də, gözlənilir. Həmin vaxt  Günəşə ən yaxın orbitində olacaq, baxmayaraq ki, indi də kometa kifayət qədər parlaqdır".

C/2024 G3 (ATLAS) kometası 5 aprel 2024-cü ildə Atlas layihəsi teleskoplarından istifadə edilərək kəşf edilib.

Seçilən
14
herbiand.az

1Mənbələr