AZ

Rusiyanın baş naziri Vyetnama gedir

Rusiyanın baş naziri Mixail Mişustin yanvarın 14 və 15-də Vyetnama səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti Telegram-da bildirib.

MişustinVyetnamın baş naziri Fam Min Tan, Milli Assambleyanın sədri Çan Than Man, habelə bu ölkənin dövlət və parlament orqanlarının rəhbərliyi ilə danışıqlar aparacaq.

“Hökumət başçıları ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə Rusiya-Vyetnam əməkdaşlığının cari məsələlərini nəzərdən keçirəcəklər”, - Rusiya hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbərdə qeyd edilir ki, danışıqlarda enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi də müzakirə olunacaq. Görüşlərin yekununda birgə sənədlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, 2024-cü ilin iyununda Vladimir Putin Vyetnama səfər edib və Hanoyda prezident To Lamla görüşüb. Sentyabr ayında Vyetnam parlamentinin sədri Çan Than Man da Moskvaya səfər edib, Putin və Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə danışıqlar aparıb.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr