Alternativ tibb mütəxəssislərinin fikrincə, böyrəklərin işini tənzimləmək və onları təmizləmək üçün pəhrizə saxlamaq balanslı qidalanmaq vacibdir.
Fitoterapevtlər bildirirlər ki, böyrəklərin işi üçün kalium, maqnezium, C, E, D vitaminli qidalar vacibdir. Böyrək problemi olanlar hər cür qida əlavələrindən, süni, sintetik vitaminlərdən uzaq durmalıdırlar.
Mütəxəssislərin fikrincə, böyrəklər üçün təbii təmizləyici bitki lifləridir, onlar özlərinə duzu, toksinləri hopduraraq orqanizmdən xaric edirlər.
Bunlar təzə, şirəsi çəkilmiş, buxarda bişmiş tərəvəzlər, meyvə və giləmeyvələr, taxıl məmulatları – yulaf, vələmir, təmiz bitki yağları, yağsız kəsmik, qatıq, düyü, qarabaşaq, qarğıdalı və buğda sıyıqları, tumlardan toxumlardan – qarpız, yemiş, balqabaq tumları, kələm, brokkoli, turş alma, kök, göyərtilərdən – şüyüd, cəfəri, nanədir.
Mütəxəssislər faydalı qidalarla yanaşı, böyrəklərin işinə mənfi təsir göstərən soyuq qidalar, kolbasa, sosis, konserv məhsulları, duzlu, acı, turşular, şəkər, konfet, duz, ədviyyat, heyvani yağlar və piydən də uzaq durmağı tövsiyə edirlər.
Z.HÜSEYNLİ
XQ