Bakı. Trend:
Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayətəməllərinə görə 7 dəfə məhkum olunmuş Pünhan Tağıyevin qanunsuzolaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxilolub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumatagörə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilənşəxs saxlanılıb və ondan 1 ədəd “Mauser” markalı odlu silahgötürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı iləP.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.