Rusiyanın yüksək rütbəli təhlükəsizlik və hərbi rəsmiləri prezident Vladimir Putini müharibənin dayandırılması ilə bağlı danışıqlara getməməyə, əksinə, hərbi əməliyyatları gücləndirməyə davam etməyə sövq edir...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Analitiklər qeyd edir ki, Rusiya təhlükəsizlik qüvvələri böyük itkilərə baxmayaraq, danışıqlara razılıq verməkdənsə, Ukraynada hərbi əməliyyatların intensivləşdirilməsini zəruri hesab edir.
"2024-cü ilin dekabrında, sentyabr, oktyabr və noyabr aylarında üç aylıq ərazi qazanmalarından və əhəmiyyətli şəxsi heyət itkilərindən sonra rus qoşunlarının orta gündəlik irəliləməsi təxminən doqquz kvadrat kilometrə qədər yavaşlayıb. Eyni zamanda, Rusiya hərbi komandanlığı irəliləyiş tempi aşağı düşməkdə davam edərsə, bu cür yüksək itkilərə dözməyə Vladimir Putindən daha az meylli ola bilər", deyə ISW qeyd edib.
Analitiklər qeyd ediblər ki, Rusiya təhlükəsizlik xidmətləri və hərbi rəsmiləri itkilərə görə müharibəni dayandırmağa hazır deyillər. Onlar Putini hərbi səyləri gücləndirməyə çağırır, döyüş meydanını canlı qüvvə və texnika ilə doldurmaq üçün ehtiyata qismən çağırış etməyi təklif edirlər.
Poliqon.info