ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığını açıqlayıb...
Poliqon xəbər verir ki, Tramp bu barədə cümə axşamı Floridada jurnalistlərə bildirib.
“Hazırlaşırıq. Prezident Putin görüş istəyir, hətta bunu açıq şəkildə bəyan edib. Biz Ukrayna münaqişəsinə son qoymalıyıq”, deyə Tramp qeyd edib. Yayımı “Fox News” telekanalı həyata keçirib.
“Çin sədri Si Tinpinə gəlincə, çoxlu müzakirələr olub. Çoxlu sayda insanla görüşlər planlaşdırılır, bəziləri artıq baş tutub. Lakin mən yanvarın 20-nə qədər qədər gözləməyə üstünlük verirəm”, deyə gələcək Amerika lideri əlavə edib.
Jurnalistlər həmçinin seçilmiş prezidentdən Putin və Si Tsinpinlə hansı formatda danışıqlar aparmaq istədiyini soruşublar.
“Bunu müəyyən edəcəyik, deyə Tramp cavab verib.
Poliqon.info