Ağstafa rayonunda qadın bıçaqla qətlə yetirilib.
“Yeni Sabah” xəbər verir ki, rayon sakini Fatma Musayeva öldürülüb. Onun boğaz nahiyəsində bir neçə bıçaq zərbəsi müəyyən edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Artıq şübhəli şəxs qismində qonşusu olan bir nəfər qadın dindirilir.
Qətlə yetirilən F. Musayeva ailəlidir və bir övladı var.
Telegram kanalımız