AZ

Avropa ölkələri Ukraynaya 30 min PUA verəcək

Bakı. Trend:

Beyləxalq koalisiya Ukrayna ordusunun hərbi ehtiyaclarını ödəməkməqsədilə onu 30 mindən çox pilotsuz uçan aparatla (PUA) təminedəcək.

Trend xəbər verirki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Latviyalıhəmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, 30 min dronun maliyyə resursları Britaniya,Danimarka, Niderland, Latviya və İsveçdən daxil olub.

Qeyd edilir ki, bundan əvvəl Pentaqon Ukraynaya növbəti 500milyon dollarlıq hərbi yardım paketinin ayrılacağını bəyan etmişdi.Hərbi yardıma silah-sursat, F-16 qırıcıları üçün avadanlıq, zenitkompleksləri üçün raketlər və s. daxil olacaq.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr