Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib. 2025 və 2026-cı illər üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 3% səviyyəsində proqnozlaşdırılıb.