AZ

Ülviyyə Həmzəyeva seçicilərin müraciətlərini dinlədi

 Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva seçicilərlə görüşüb.
XALQ.AZ məlumat verir ki, millət vəkili Ülviyyə Həməzyeva  Babək rayon Sirab kəndinin İcra Nümayəndəliyinin binasında, Babək Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səbinə Abbasova ilə seçicilərlə növbəti görüşü keçirib. Görüşdə kənd sakinlərinin müraciətlərini dinləyib, onları narahat edən məsələlər, Babək rayon İcra hakimiyyətinin gördüyü və gələcəkdə görüləcək işləri barəsində fikir mübadiləsi apaılıb.
Deputat bildirib ki, seçicilərin müraciətləri əsasən işsizlik, aliment, tibb sahəsi, uşaq bağçası, nəqliyyat, işıq, həmçinin kənd sakinləri “Sirab” zavoduna 92-ci ilin şəhidi Yusifov Məhəmmədəli Eldar oğlunun adı verilmişdir, bu adın qalıb-qalmaması barədə maraqlanmağımızı xahiş etdilər, tərəfimizdən bu məsələyə xususi diqqətlə yanaşılacaq. Əksər regionlarımızda olduğu kimi, əsas su məsələsidir və həllini gözləyən sakinlər, kəndin müəyyən qədər su problemini həll edəcək kəhrizə baxmağı təklif etdilər. Bu və ilk baxışdan yerli orqanlar tərəfindən həll olunan məsələlər də qabardıldı.
Ülviyyə Həmzəyeva qeyd edib ki,  müraciətlər hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə, müsbət həlli üçün aidiyyəti qurumlara işlənərək, məktub formatında göndəriləcək. Nəticələri haqqında isə Sirab sakinlərinə gələn görüşdə bildiriləcəkdir.
Sirab kəndinin ağsaqqalları Ulu Öndər Heydər Əliyevin xatirəsini yüksək tutaraq, səmimi söhbət əsnasında Ümumilli Liderimizin Naxçıvan xalqı üçün etdiklərini yada saldılar. Görüşdə, önümüzdə gələn Bələdiyyə seçkilərində kənd sakinlərini aktiv olmağa və layiqli namizədə səs verməyə dəvət etdik.
Sonda isə Sirab kəndinin şəfalı içməli su məmbəsi olan kəhrizə baxdıq.
Kəhrizlərimiz dəyərimizdir və onları qoruyub saxlamaq, kan’kanlar köməyi ilə onları ehtiyyatla təmizləmək və olduqca çox işlək vəziyyətdə saxlamaq vacib məsələlərdən biridir deyə bildirib.
Seçilən
25
xalq.az

1Mənbələr