Samir Quliyev adlı vətəndaş keçmiş Nikol bank, indiki Yellow bankdan şikayətçidir. AzPost xəbər verir ki, vətəndaşın iddiasına görə, 2014-cü ildə “Nikoil bank”dan 16 min dollar pul götürüb. Həmin vaxt dolların kursu 78 qəpik olub. Vətəndaş deyir ki, indiyə qədər banka 50 min manatdan çox pul ödəyib. Lakin ona hələ də 8000 manat borcu qaldığını bildiriblər.
İndi çıxılmaz vəziyyətə qalan vətəndaş hara müraciət edəcəyini bilmədiyini deyir. “Bezdik artıq, hara şikayət edək, 50 min pul ödəmişəm bəlli olur ki, bankın mənə verdiyi pulun əsas məbləği olduğu kimi qalıb” – deyə vətəndaş müraciətində bildirib.
Qeyd edək ki, “Nikoil Bank” ASC 2019-cu ildə adını “Yellow Bank” olaraq dəyişib.
Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında 2002-ci ildə yaradılmışdı.