AZ

Şolz Ukraynaya yardım paketi göndərilməsinə icazə verməyib - İDDİA

Almaniya kansleri Olaf Şolzun Ukraynaya 3 milyard avroluq yeni yardım paketini təsdiqləmədiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, “Spiegel” jurnalının xəbərində xarici işlər naziri Annalena Baerbock və müdafiə naziri Boris Pistoriusun fevralın 23-də keçiriləcək ümumi seçkilərə qədər Ukraynaya təcili olaraq əlavə silahların çatdırılması üçün təxminən 3 milyard avroluq əlavə büdcəni səfərbər etmək istədikləri bildirilib.

Digər tərəfdən, xəbərdə Sosial Demokrat Partiyasının (SDP) dairələrində baş nazir Şolzun seçki kampaniyası zamanı Ukraynaya növbəti silah tədarükünü elan etmək istəməyə biləcəyinə dair fərziyyələr olduğu, çünki bunun potensial SDP seçicilərini uzaqlaşdıra biləcəyi qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
41
34
turkustan.az

10Mənbələr