AZ

Moskva amerikalı əsgərləri öldürmək üçün "Taliban"a pul ödəyib?

Yazını böyüt
Yazını kiçilt

Rusiya hərbi kəşfiyyatı Əfqanıstandakı terrorçu qruplara 2021-ci ilin ortalarına qədər bu ölkədəki beynəlxalq koalisiya qoşunlarının hərbçilərini öldürmək üçün pul ödəyir.

Hafta.az-ın yazdığına görə, bu barədə “İnsider” və “Der Spiegel”in dərc etdiyi məqalədə deyilir.

Əfqanıstanın keçmiş hökumət rəsmiləri, o cümlədən Milli Təhlükəsizlik Agentliyi (NSB) jurnalistlərə bildirib ki, ABŞ və koalisiya əsgərlərinə qarşı hücumlar 2016-2019-cu illər arasında baş verib.

Məlumata görə, hər öldürülən əsgər üçün 200 min dollar mükafat, “Taliban”a isə ən azı 30 milyon dollar ödənilib.

Pulların Kunduzdan olan keçmiş qaçaqmalçı Rəhmətulla Əzizinin nəzarəti altında olan kuryerlər tərəfindən aparıldığı qeyd edilir. Jurnalistlər Əzizinin 2019-cu ildən Moskvada yaşadığını və Rəhim Əhmədovun adına verilmiş Rusiya vətəndaşının pasportunun olduğunu bildiriblər.

Jurnalistlər bildirirlər ki, bu sənədin nömrəsi Solsberidə keçmiş dublyor Sergey Skripal və onun qızı Yuliyanı "Noviçok" maddəsi ilə zəhərləyən Anatoli Çepiqanın (Ruslan Boşirov) pasport nömrəsindən cəmi iki rəqəmlə fərqlənir.

“Taliban” döyüşçülərinə və digər qruplara pul köçürmək üçün Rusiya xüsusi xidmət orqanları qiymətli daşlarla firma ticarəti adı altında əfqan kuryerlər şəbəkəsini saxlayıblar.

“İnsider” xəbər verir ki, kuryerlər tapşırıqlarını yerinə yetirdikdən sonra Rusiya sənədlərini və Rusiyada sığınacaq alıblar.

Nəşrin məlumatına görə, əfqan döyüşçülərin rusiyalı kuratorları “Avropada Skripalın zəhərlənməsi və təxribatı ilə tanınan” 29155-ci hərbi hissənin zabitləri olub.

Müstəntiqlər 29155-ci bölük komandirinin müavini general-leytenant İvan Kasyanenkonu terror aktlarının maliyyələşdirilməsi proqramının rəhbəri və Rusiya kəşfiyyatının “Taliban”la əsas əlaqəsi kimi Aleksey Titov adlı pasportla uçan polkovnik Aleksey Arxipovu göstərirlər.

Seçilən
19
hafta.az

1Mənbələr