AZ

Nura Surinin oğlu yanğına görə təxliyə edilir

Müğənni Nura Surinin Los-Ancelesdə yaşayan oğlu Xosrov baş verən yanğına görə təxliyə edilir.

Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda sosial media hesabında paylaşım edib: "Yanğın böyük oğlumun evinə çatır. Həyəcandan yatmamışam. Burada ürəyim partlayır. Təxliyyə olunmalıdırlar".

Nura Surinin üç oğlu var. Onun iki övladı Amerikada yaşayır.

Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhəri yaxınlığında meşə yanğınları davam edir. Yanğının baş verdiyi ərazidə təxliyə əmrləri təxminən 180 min nəfərin yaşadığı rayonları əhatə edir.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
36
3
teleqraf.com

1Mənbələr