AZ

Makron və Starmer Ukraynaya dəstəyin davam etdirilməsini müzakirə edib

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb.

Missiya.Az “LeMonde” nəşrinə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Bildirilib ki, görüş zamanı liderlər lazım olduğu müddətcə Ukraynanı dəstəklməyi müzakirə ediblər.

“Onlar həmçinin Ukrayna ərazisinin müdafiəsi üçün lazım olan avadanlıqların verilməsinin davam etdirilməsinin və 2025-ci ildən sonra Kiyevə davamlı maliyyə dəstəyinin təmin edilməsinin vacibliyini də bəyan ediblər”, - deyə məlumatda vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr