Yol polisi əməkdaşları ilə Şəmkir rayon sakini olan Rəfayel Əliyev arasında gərginlik olub.
Yenisabah.az xəbər veriri ki, sonuncunun idarə etdiyi "VAZ" markalı avtomobildə konstruksiya dəyişikliyi edilyi üçün "saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.
Telegram kanalımız