Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğınlar səbəbindən bölgədə komendant saatı tətbiq olunacaq.
Bu barədə Los Angeles Times yazır.
Onun saat 18:00-dan 06:00-a kimi “yanğınların ətrafındakı konkret təsirlənmiş ərazilərdə” qüvvədə olacağı bildirilir.
Müvafiq tədbir yanvarın 10-da axşam saatlarında təsdiqlənəcək.
Qeyd olunur ki, rayon Milli Qvardiyadan da dəstək istəyib.
DOĞRU.AZ