Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon əlaqəsi saxlayıb. Tərəflər Türkiyə ilə İtaliya arasındakı ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyə ilə İtaliya arasındakı ticarət həcminin arta biləcəyinə inandığını ifadə edib. O, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. R.T.Ərdoğan həmçinin Suriyanın yenidən bərpası üçün hərəkətə keçməyin vacibliyini qeyd edib və Suriyaya qarşı sanksiyaların ləğv edilməsinin bu prosesə müsbət təsir edəcəyinə inandığını ifadə edib.