Bakı.Trend:
2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılışvəsiqəsi verilib. Taksi minik avtomobillərinə verilən buraxılışkartlarının sayı 21 620 ədəd olub.
Trend xəbərverir ki, bunu jurnalistər üçün keçirilən mətbuat konfransındaAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədriAnar Rzayev deyib.
O qeyd edib ki, tələblərə uyğun olan taksi minikavtomobillərinin buraxılış kartının alınmasına cəlb edilməsi, uyğunolmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindənkənarlaşdırılması davam etdirilir.
"Buraxılış kartı alan taksilərin 35%-i 2020-2024-cü illərarasında istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi sifarişioperatoruna icazə verilmişdir. Təxminən 34198 taksi sürücüsü təlimkeçmişdir. 135 yerdə taksi duracağı mövcuddur və bu şəbəkəningenişləndirilməsi davam etdirilir. 2024-cü ilin dekabr ayını keçənilin müvafiq dövrü ilə müqayisə etdikdə taksi sifarişlərininsayında -31- 32% azalma müşahidə edilib. E-Taksi sistemiformalaşdırılıb”, - deyə sədr qeyd edib.