Taksi sifariş edənlərin sayı azalıb - Rəsmi
2024-cü il ötən ilin dövrü ilə müqayisədə taksi sifarişlərinin sayında 32% azalma olub. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu dövrdə 13 taksi operatoruna icazə verilib.
Hazırda Bakı ərazisində 135 taksi duracağı quraşdırılıb.
2024-cü ildə taksi xidmətləri üzrə 13513 sahibkara buraxılış vəsiqəsi verilib.
www.anews.az