Litva prezidenti Gitanas Nauseda Rusiyanın Kalininqrad vilayətində şair Kristijonas Donelaitisin xatirə muzeyinin adının dəyişdirilməsi qərarını tənqid edib və bölgədə Litva mədəniyyətinin qalıqlarını qoruyub saxlamağa çağırıb...
Poliqon xəbər verir ki, o, Kalininqrad vilayətinin özünü Kiçik Litvanın bir hissəsi adlandırıb.
"Hazırda Kalininqrad vilayətinin bir hissəsi olan Kiçik Litvanın köhnə sakinlərinin çoxdan tərk etmələrinə baxmayaraq, Litva mədəniyyətinin son əlamətlərini qorumaq lazımdır. Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq", deyə Litva prezidenti X sosial şəbəkədə yazıb.
Kiçik Litva Prussiyanın litvalıların yaşadığı tarixi bir bölgədir. Karalyauçyus Kalininqradın Litva adıdır. 2023-cü ildə Litva Seyminin üzvləri Vilius Semeşka və Paule Kuzmikiene Litva dil komissiyasına Kalininqrad şəhərinin sovet adından imtina etməyi və tarixi versiyalardan biri olan Karalyauçyusdan istifadə etməyi təklif ediblər.
Yanvarın 9-da Kristijonas Donelaitis Memorial Muzeyinin rəhbərliyi qurumun adını Çistye Prudı kəndindəki Ədəbiyyat Muzeyi adlandırıb. Qərar Kalininqrad vilayətində muzey və ədəbi marşrutları inkişaf etdirmək istəyi ilə izah edilib. Gitanas Nauseda adının dəyişdirilməsini tarixi yenidən yazmaq cəhdi adlandırıb.
Poliqon.info